İri şirkətlər Twitter-i almaq üçün İlon Maska maliyyə verməkdən imtina edirl’r

İlon Mask “Twitter”-i almaq üçün bir neçə böyük şirkətdən
maliyyə cəlb etmək niyyətindədir.

Trend xəbər
verir ki, bu barədə “Financial Times” agentliyi yazır.

Bununla belə, Blackstone Group, Vista Equity Partners və
Brookfield Asset Management kimi nəhəng investisiya qrupları
satınalma üçün maliyyə təqdim etməkdən imtina edib. Şirkətlər “Twitter”-in daha gəlirli sosial şəbəkəyə çevrilə bilməyəcəyindən
ehtiyat edirlər.

“Twitter”-i almaq niyyətində olan istənilən şəxs sövdələşməni
tamamlamaq üçün 20 milyard dollardan artıq vəsait xərcləməlidir.
Maliyyələşdirmənin qalan hissəsi kreditlər və ya açıq şəkildə
satılan səhmlərini özəl şirkətdəki paya dəyişdirəcək investorların
iştirakından əldə ediləcək.

Teqlər: