İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq – Nazir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərslərin həftədə 3 dəfə bərpası zərurətdən irəli gəlir. Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.


“İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq”.

Teqlər: