İri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram – Gənc gimnast

Mən iri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı
arzulayıram.

Bunu Trend
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı,
Suraxanı idman klubunu təmsil edən Ayan Saatova deyib.

“Mənim səkkiz yaşım var, dörd yaşımdan gimnastika ilə məşğulam.
Azərbaycan milli komandasının üzvləri Zöhrə Ağamirova və Arzu
Cəlilovanın çıxışlarını diqqətlə izləyirəm. Onlar beynəlxalq
turnirlərdə ölkəmizi təmsil edəndə azarkeşlik edirəm”, – deyə
gimnast bildirib.

O əlavə edib ki, Bakı birinciliyində iştirak etməklə böyük yarış
təcrübəsi qazanır.

“Mən bu gün alətsiz proqramı təqdim etdim, sabah topla
hərətələri nümayiş etdirəcəyəm. Birincilik çox maraqlı keçir. Bu
cür gözəl zalda yarışda iştirak etməkdən məmnunam. Gələcəkdə
Azərbaycanı iri beynəlxalq yarışlarda təmsil etməyi arzulayıram”, –
o deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: