İrəvanlı məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yevlax Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər: