İrəvanla münasibətlərimiz sınağa çəkilir – Lavrov

İrəvanla münasibətlərimiz sınağa çəkilir – Lavrov

Moskva ilə İrəvan arasındakı müttəfiqlik əlaqələri indi Qərbin qardaş xalqlar arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirilən “Rusiya-Ermənistan” birinci ictimai forumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir.

Müraciəti Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin oxuyub.

“Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır”, – XİN başçısı bildirib.

S.Lavrov müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələrin qurulacağına əminliyini ifadə edib.

Teqlər: