Ermənistanla münasibətlərin kəskin şəkildə pozulması fonunda Rusiya-Azərbaycan əməkdaşlığı bu gün əsl müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatır – tamamilə bütün sahələrdə.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko qeyd edib.
“Aydındır ki, indi prioritet üç istiqaməti gücləndirmək və dərinləşdirmək lazımdır:
– Rusiya Federasiyası və Azərbaycan Respublikasının TŞ katibləri vasitəsilə məsləhətləşmələr;
– Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında antiterror əməkdaşlığı;
– Rusiya Federasiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq, o cümlədən birgə təlimlər”, – o bildirib.