İrəvanla Ərəbistan arasında diplomatik əlaqələr quruldu

İrəvanla Ərəbistan arasında diplomatik əlaqələr quruldu

Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb.

Xatırladaq ki, noyabrın 24-də Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi.

Teqlər: