Obrayen Qarabağı öz nəzarətinə qaytaran Bakıya ünvanladığı tənqidi bəyanatları ilə Amerika-Azərbaycan münasibətlərində qalmaqala səbəb olan Dövlət Departamentinin rəsmisidir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin ikigünlük İrəvan səfərini “Moskva-Bakı”ya şərh edərkən deyib.
“O vaxtdan bəri iki ölkə arasında münasibətlərdə heç nə dəyişməyib. Əliyev bu yaxınlarda bəyan etdi ki, hazırda Bakıya ən çox təzyiq göstərən ABŞ və Fransadır. Vaşinqton və İrəvan Ermənistan paytaxtında keçirilən görüşdə dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlib. Müvafiq komissiya yaradılacaq. Dialoq tərəflərindən heç biri – nə Obrayen, nə də Mirzoyan – İrəvanda baş tutan danışığın nəticəsini açıqlamayıb, bu da özlüyündə suallar doğurur. Çox güman ki, Obrayen Vaşinqton adından erməni həmkarlarını Rusiyaya qarşı əyilməz tənqid xəttinə və onunla münasibətləri daha da korlamaq cəhdlərinə görə həvəsləndirib və tərifləyib”, – o bildirib.
Mixaylovun sözlərinə görə, Obrayen Ermənistan rəhbərliyi ilə ölkədəki etirazlarla bağlı vəziyyəti müzakirə etməyə gəlib:
“Ola bilsin ki, gələcəkdə Qərb Paşinyanı Rusiyaya qarşı daha radikal liderlə əvəz edə bilər. Obrayenin Bakı ilə sülh sazişi mövzusunda İrəvanla birtərəfli müzakirəsi ABŞ-ın pərdəarxası oyunlarının daha bir sübutudur. Ermənistan üçün Azərbaycanla razılaşmaların icrası əlverişsizdir. İrəvan iddia edir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının ondan çıxarılması məsələsi tərəflər arasında müzakirə olunmur, baxmayaraq ki, bu yaxınlarda Paşinyan ölkənin əsas qanununu dəyişdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan Ermənistan siyasətinin mahiyyətini bilir – bir addım irəli, iki addım geri. İlham Əliyev həm Ermənistan, həm də ABŞ haqqında hər şeyi mükəmməl başa düşür. O, çox müdrik siyasətçi və diplomatdır və Amerikanın vədlərinə və ya Amerika təhdidlərinə aldanmır. Görünən odur ki, ABŞ-ın Ermənistanın xeyrinə birtərəfli oyun oynamaq cəhdləri Bakı tərəfindən cavabsız qalmayacaq”.