İrəvanın Xaçatryan etirazı: PA rəsmisinin cavabı gecikmədi

İrəvanın Xaçatryan etirazı: PA rəsmisinin cavabı gecikmədi

25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, – Prezidentin köməkçisi əlavə edib.

Teqlər: