Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır.
AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Konsulluğun məhz orada açılması bizə mesajdır, məncə. Ancaq onun orada açılmasında təhlükə görmürəm. Bununla belə, İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona görə çox mənfi danışmaq istəməzdim. Ancaq belə bir sualım var, onlar əlaqələrimizin tezliklə və əsaslı həll olunmasını nə dərəcədə istəyirlər?”, – F.Şəfiyev qeyd edib.
Qeyd edək ki, İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşdə Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına razılıq verildiyini açıqlayıb.