Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sabit sülh əldə etmək üçün lazımi şərtləri açıqlayıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Mirzoyan macar həmkarı Peter Siyarto ilə İrəvanda keçirdiyi mətbuat konfransında bu haqda danışıb.
“Ermənistan və Azərbaycan arasında sabit sülh, Alma-Ata Bəyannaməsi və ən son SSRİ xəritələri əsasında iki ölkənin ərazi bütövlüyü və sərhədlərinin delimitasiyasının birmənalı şəkildə qarşılıqlı tanınması şərti ilə əldə edilə bilər”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, məhz bu məqamlar Qranadada qəbul edilmiş bəyanatda öz yerini tapıb. Ermənistan bu bəyanata digər beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.
Nazirin sözlərinə görə, etimadın yaradılması üçün Qarabağ sakinlərinin hüquqlarına riayət edilməsi və erməni irsinin qorunması məsələləri də vacibdir.
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını bildirib.