İrəvanın sülh sazişində “Xankəndi şərti”…

İrəvanın sülh sazişində “Xankəndi şərti”…

Ermənistan dövləti Nazirlər Kabinetinin son bəyanatı ilə əslində Qarabağdakı ermənilərin taleyinin Azərbaycanla münasibətlər məsələsindən ayrı olduğunu etiraf etmiş oldu. Fikrimcə, bu, ən vacib məqamdır.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq Azərbaycanın bütün mümkün vasitələr ilə Ermənistanın Qarabağa təsir imkanlarını sıfra endirməli olduğunu vurğulayıb:

“Rəsmi İrəvan bəhs etdiyimiz məsələni sülh müqaviləsinin imzalanmasında şərt olaraq irəli sürür. Tələb isə ondan ibarətdir ki, Azərbaycan “Xankəndi ilə” danışıqlara oturmalı və bunun beynəlxalq mexanizmi qurulmalıdır. Ermənistanın pərdəarxası məqsədi isə zamanla separatçıların legitimliyini və subyektliliyini təmin etməyə nail olmaqdır. Azərbaycan Qarabağdakı ermənilər ilə heç bir beynəlxalq mexanizm və vasitəçi olmadan birbaşa danışıqlar, ölkəmizin ərazi bütövlüyü çərçivəsində reinteqrasiya təklif edir. Eyni zamanda beynəlxalq aləm üçün danışıqların şəffaflığı təmin olunur. Hər kəs sülh müqaviləsinin imzalanması üçün lazım olan əsas şərtlərdən xəbərdardır. Ermənistan isə artıq qeyri-konstruktivliyin son mərhələsindədir”.

Qeyd edək ki, Ermənistan Nazirlər Kabinetinin dünənki hesabatında “Xankəndilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə” İrəvan üçün Azərbaycanla sülh sazişindən Qarabağ münaqişəsinin ayrılmasının daha məqbul olması bildirilib.

Teqlər: