İrəvanın Rusiyaya misilsiz yardımı üzə çıxdı

İrəvanın Rusiyaya misilsiz yardımı üzə çıxdı

Rusiya Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları və ixrac nəzarətini dəf edib, raket istehsalını müharibədən əvvəlki səviyyələrlə müqayisədə artırdı.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” Avropa, Amerika və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

“Müharibənin əvvəlində Rusiya sanksiyalara görə raket istehsalını kəskin şəkildə azaltmaq məcburiyyətində qaldı. Lakin 2022-ci ilin sonunda hərbi sənaye istehsalı artmağa başladı. Yüksək enerji qiymətlərindən əldə edilən gəlirlər sayəsində Rusiya mikroelektronika və digər komponentləri qaçaqmalçılıq yolu ilə daşıya bildi, nəticədə hərbi istehsal nəinki bərpa olundu, hətta kəskin artdı”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya istehsal üçün əsas komponentlərin çatdırılmasını daha asan olan digər ölkələr – məsələn, Ermənistan vasitəsilə əldə edib, ixrac nəzarətindən yan keçir:

“Rusiyanı əsasən müxtəlif məqsədlər üçün istifadə olunan kommersiya çiplərinə ehtiyacı olub. Tank istehsalının artırılmasına misal gətirsək, müharibədən əvvəl Rusiya ildə 100, indi isə 200 texnika istehsal edir. Bundan əlavə, Rusiya ildə iki milyon artilleriya mərmisi istehsal etməyə yaxındır. Nəticədə, Rusiya hazırda ABŞ və Avropadan daha çox sursat istehsal edir. Rusiya hərbi istehsalı Qərbi 7 dəfə üstələyir, Rusiyada istehsal xərcləri isə Qərbdəkindən daha aşağıdır. Buna baxmayaraq, Rusiya müəyyən qədər silah çatışmazlığı yaşayır – məsələn, X-55 havadan buraxılan qanadlı raketlər”.

Vurğulanır ki, Pentaqon Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməklə ona kömək etməyə çalışır:

“Lakin Ukrayna rəsmiləri deyirlər ki, onların sayı hələ də bəs etmir və müdafiə qüvvələri hansı hədəfləri qoruyacaqlarını seçmək məcburiyyətində qalırlar. Raket istehsalının artırılması Ukrayna üçün çətin qışla nəticələnə bilər, çünki Rusiya tez-tez onlardan enerji infrastrukturuna hücum etmək üçün istifadə edir, insanları işıqsız və istiliksiz qoymağa çalışır”.

Teqlər: