Ermənistanın Rusiyada maraqlarını daha qoruyan yoxdur. Hamı bizdən üz döndərib. Artıq hamı Azərbaycanın və Türkiyənin maraqlarını dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu sözləri tanınmış erməni ekspert Vaqe Davtyan deyib.
“Rusiyanın informasiya məkanında, ekspert dairələrində nüfuzlu tərəfdaşlarımız, Ermənistana simpatiyası olanlar yox olub. Əksinə, nüfuzlu rəqiblərin sayı artır. Bu isə Rusiya KİV və beyin mərkəzlərinin siyasi və iqtisadi elita ilə qarşılıqlı əlaqəsini nəzərə alanda, ciddi problemdir”, – deyə o vurğulayıb.