İrəvanın reinteqrasiya prosesinə müdaxiləsi… – Bayramov

İrəvanın reinteqrasiya prosesinə müdaxiləsi… – Bayramov

Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib:

“Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir”.

C.Bayramov vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinə Qarabağda görülən yenidənqurma işləri barədə də məlumat verib:

“Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu”.

Teqlər: