Ötən gün İrəvanın mərkəzində baş verən atışmada kriminal avtoritet qətlə yetirilib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, 6 iyun saat 22:10 radələrində polisə Baqramyan prospektində (Ermənistan hökumət binasının yerləşdiyi ərazi – red.) kişi meyitinin tapılması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis onun güllələnərək öldürüldüyünü müəyyənləşdirib.
Şahidlər isə bildiriblər ki, ölən şəxs kriminal aləmə bağlı olan “Qnunetski Varazik” ləqəbli şəxsdir.