İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb? – Video

İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb? – Video

Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.

O bildirib ki, saxlanılan şəxs azərbaycanlı deyil:

“Aprelin 8-i gecə saatlarında polis paytaxtda bir şəxsi narkotik maddə daşımaqda şübhəli bilərək saxlayıb. Daha sonra həmin şəxs polis idarəsinə aparılıb. Onun Rusiya vətəndaşı olduğu üzə çıxıb. Həmin şəxsin Ermənistana turizm məqsədi ilə gəldiyi məlum olub. Üzərində heç bir narkotik maddə aşkar edilməyib”.

Teqlər: