İrəvanın mərkəzində atışma olub.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə dünən gecə qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə əlbəyaxa dava və atışma ilə nəticələnib.
Hadisə ilə əlaqədar 4 Gümrü sakini polis tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları araşdırılır.