Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik.
AzerTimes xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
“Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir”, – məlumatda bildirilib.