İrəvandan Xankəndiyə göndərilən 19 yük maşınından ibarət yardım karvanı artıq Zəngəzurda, Qarakilsə şəhərindədir.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, 1,5 saatdan sonra 400 ton yük daşıyan karvan sərhədə çatacaq.
Bundan öncə yayılan məlumatda “humanitar yük karvanının” 10 maşından ibarət olduğu bildirilmişdi.
Qeyd edək ki, humanitar yardım karvanının ölkəyə daxil olmasına Azərbaycanın icazə verdiyi haqda məlumat yoxdur.