İrəvanın iddiaları qəbuledilməzdir! – Rusiya XİN

İrəvanın iddiaları qəbuledilməzdir! – Rusiya XİN

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı iddialarını rədd edir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Rusiya üçün Ermənistanın iddiaları qəbuledilməzdir.

M.Zaxarova Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını xatırladıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl söyləmişdi ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.

Teqlər: