Erməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib, diqqəti “Qarabağda humanitar fəlakət” çəkməyə çalışıb. Məqsəd aydındır: yükləri sərhəddə uzun müddətdə saxlayacaq İrəvan beynəlxalq təzyiqin güclənməsi ilə Bakının geri addım atmasına çalışacaq, buna paralel olaraq erməni diasporu də ən yaxşı bacardığı işi – aksiyaların keçirilməsi, kampaniyaların aparılması və s; – həyata keçirəcək.
AzerTimes xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.
“Məhz bu məqamda Azərbaycan diasporuna ehtiyac yaranır: sərhəddəki yardım şousunun Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğuna, bu şouya dəstək verən Avropa strukturlarının da ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əks olunduğu beynəlxalq hüququ pozduğuna dair aksiyalar, kampaniyalar keçirə, bununla əks həmlə edə bilərlər”, – o bildirib.
Qedy edək ki, Ermənistan Azərbaycanın razılığı alınmadan, özbaşına olaraq Qarabağdakı erməni icması üçün guya “humanitar yardım” adı ilə 19 yük maşınını sərhədimizə göndərib. Sərhədimizdə 2 gündür qalan maşınların geri çəkilməsi əvəzinə, onun günlər, hətta həftələrlə orada saxlanılması barədə çağırışlar eşidilir. Məqsəd guya Azərbaycanın “humanitar yardımı” buraxmadığını dünyaya göstərməkdir.
Azərbaycan Qarabağda məskunlaşan erməni icmasının bütün ehtiyacları üçün Ağdam-Xankəndi marşrutunu təkif etdiyini bir daha təkrarlayıb, hazırkı “humanitar şou”nu isə pisləyib.