Ermənistanın düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə X sosial şəbəkəsindəki hesabında yazıb.
“Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.
Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.