İrəvanın davranışları Ermənistana yaxşı heç nə vəd etmir – Elçin Mirzəbəyli

Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı
təkliflərinə münasibətdə Ermənistanın öz klassik ənənələrinə uyğun
olaraq, çoxüzlü bir davranış sərgiləməsi, bu ölkənin siyasi
hakimiyyətinin müstəqil qərar qəbul etmək, həmçinin regionda
davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən
addımlar atmaq niyyətində və iqtidarında olmadığını göstərir.

AzerTimes-ın məlumatına görə,
bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Ermənistan üzdə Azərbaycanın təkliflərini qəbul
etdiyini bildirir. Çünki Azərbaycanın sülh müqaviləsinin
imzalanması üçün irəli sürdüyü təkliflər beynəlxalq hüququn norma
və prinsiplərinə, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının
prinsiplərinə, bütövlükdə isə beynəlxalq müstəvidə dövlətlərarası
münasibətlərin tənzimlənməsinə xidmət edən hüquqi prosedur və
mexanizmlərə, həmçinin, beynəlxalq birlik tərəfindən qəbul edilən
regional reallıqlara söykənir:

“Ermənistan bir tərəfdən, bu təkliflərə müsbət cavab verdiyini
görüntüləməklə, guya regionda sülhün və təhlükəsizliyin təmin
edilməsində, eləcə də 10 noyabr 2020-ci il bəyanatı daxil olmaqla,
Azərbaycan və Rusya prezidentləri, eləcə də Ermənistanın baş naziri
arasında imzalanmış sənədlərin müddəalarının yerinə yetirilməsində
maraqlı olduğunu nümayiş etdirmək istəyir. Digər tərəfdən isə
tamamilə əhəmiyyətsiz və nüfuzsuz təsisat olan ATƏT-in Minsk
Qrupunu prosesə cəlb etmək üçün yollar axtarır. Ermənistanın
davanlı olaraq, etnik ermənilərin yaşadığı Azərbaycan ərzilərində
aqressiv separatizmin yenidən stimullaşdırılmasına cəhd
göztərməsinin səbəbi də, məhz 44 günlük müharibə nəticəsində
faktiki fəaliyyətini başa vurmuş Minsk Qrupunun prosesə cəlb
edilməsi üçün bəhanə yaratmağa xidmət edir. Regiondakı mövcud
reallıqlar, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin
tənzimlənməsinə, kommunikasiyaların açılmasına, eləcə də sülhə və
təhlükəsizliyə xidmət edən digər addımların atılmasına xidmət edən
üçtərəfli sənədlər, prosesdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
iştirakına yer qoymur. Mövcud reallıqlar Minsk Qrupu həmsədrlərinə
ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən 1995-ci ildə verilmiş
mandatın prinsiplərinə uyğun deyil və sözügedən təsisat, təkcə 44
günlük müharibənin yaratdığı reallıqlar çərçivəsində deyil, həm də
hüquqi baxımdan prosedən kənarda qalıb. Hazırda ATƏT-in Minsk Qrupu
həmsədrlərinin prosesə cəlb edilməsi, əldə olunan razılaşmaların
həyata keçirilməsinin belə qeyri-müyəyyən bir vaxta kimi təxirə
salınması deməkdir. Çünki ATƏT-in Minsk Qrupunun, təxminən 30 ilə
yaxın fəaliyyəti sübuta yetirir ki, bu təsisat yalnız və yalnız
sülh prisesinin ləngilməsinə, həmsədr ölkələr arasında mövcud olan
ziddiyyətlərin inkişaf dinamikasına uyğun olaraq yeni-yeni
problemlərin yaradılmasına xidmət edir. Minsk Qrupunun həmsədrləri
faəliyyətdə oduqları dövr ərzində obyektiv mövqe sərgiləmədikləri,
BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz
azad edilməsi ilə bağlı qətnamələrinin icrasına xidmət edən
beynəlxalq hüququn təsir mexanizmlərindən istifadə edə bilmədikləri
üçün prosedən kənarda qalıblar və Azərbaycan BMT Nizamnaməsinə
istinad edərək, söügedən qətnamələrin icrasını təmin edib.
Azərbaycan xalqı, onda tamamilə mənfi emosiyalar doğuran Minsk
Qrupunun adını eşitmək, həmsədrlərin turist səfərlərinə şahidlik
etmək istəmir”.

Siyasi şərhçi qeyd edir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri
faəliyyətdə olduqları, daha dəqiq desək, turist səfərlərini həyata
keçirdikləri dövrərdə, aparılan bütü danışıqların sonda qərarın
Azərbaycan və Ermənsitan tərəfindən verilməli olduğunu deyirdilər.
O zaman sual olunur, əgər qərar Aərbaycan və Ermənsitan tərəfindən
verilirsə, o zaman bu ikitərəfli prosesdə ATƏT-in Minsk Qrupuna nə
ehtiyac var? Azərbaycan və Ermənistan beynəlxalq təcrübəyə uyğun
olaraq, ikitərəfli qaydada bütün məsələləri müzakirə edib razılığa
gələ bilərlər. 2020-ci ildə imzalanan üçtərəfli bəyanat da daxil
olmaqla. Azərbaycan və Ermənsitan əldə olunan razılaşmaların
ATƏT-in Minsk Qrupunun iştirakl olmadan baş tutması da subuta
yetirir ki. Bu diplomatik ölü”nü diriltməyə ehtiyac yoxdur.

“Bu gün rəsmi İrəvanın sərgilədiyi davranışlar Ermənistana nə
yaxın, nə də uzaq gələcəkdə yaxşı heç nə vəd etmir. Digər tərəfdən,
Azərbaycanın Ermənistanı sonsuzadək gözləmək niyyəti yoxdur və sülh
prosesinin tez bir zamanda başa çatması, kommunikasiytaların
açılması ilk növbədə Ermənistanın xilası deməkdir. Azərbaycan onsuz
da öz təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən enerji və logistik
layihələrlə, özünü onsuz da regional haba çevirə bilib. Çıxılmaz
durumda olan, dalana dirənən Ermənistandır və ötən hər gün bu
ölkənin regionun gələcək istisadi perspektivlərindən kənarda qoyur.
Ermənistan bu aprel günlərində 6 il bundan öncə baş verən aprel
döyüşlərindən və bu döyüşlərin doğurduğu zəncirvari reaksiyadan
nəticə çıxarmalıdır. Yəni əgər Ermənsitan 2016-cı ilin aprel
döyüşlərindən nəticə çıxarıb, üzərinə götürdüyü öhdəliklərə əməl
etsəydi, o zaman 44 günlük müharibə də baş verməyəcək, Ermənistan
ordusu darmadağın olmayacaqdı. Ermənistan rəhbərliyi yaxın tarixə
bir daha nəzər salmalı və başa düşməlidir ki, Azərbaycanın rasional
təkliflərindən imtina onun hansı dividendlərdən məhrum edib.
Vaxtilə Ermənistan işğal siyasətindən əl çəkib, Azərbaycanla
münasibətlərini normallaşdırıb BTC-nin öz ərazisindən keçməsinə
nail olsaydı, çox böyük maliyyə və iqtisadi nəticələr əldə edə
bilərdi. Lakin Ermənsitan bu şansı əldən buraxdı və indi iqtisadi
kollaps vəziyyətindədir. Məhz bu baxımdan, Ermənsitan kimi heç bir
təbii resursu və iqtisadi potensialı olmayan bir ölkə üçün
Azərbaycanın bugünkü bölgənin iqtisadi inkişafına xidmət edən
təklifləri həyati əhəmiyyət kəsb edir. Buraxılan hər səhvin əvəzini
isə erməni xalqı onillərlə ödəməli olacaq”.

Teqlər: