İrəvanın danışıqları dalana dirəyən 3 “maddəsi”

İrəvanın danışıqları dalana dirəyən 3 “maddəsi”

Dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu: tərəflər “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb; bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır.

Hansı maddələr üzrə razılaşma olduğu açıqlanmır: dialoqun davam etdirilməsi olduğu istisna deyil, Blinkenin “yekun razılaşma tarixi olacaq” açıqlaması da bunu deməyə əsas verir.

Razılaşdırılmayan maddələr də gizli saxlanılır, hərçənd, bunun nələr olduğunu təxmin etmək çətin deyil:

1. Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinin qorunması”: Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə icazə vermir, bu mövqe ABŞ-da da qəbul olunur; İrəvan bunun əksini istəyir;

2. İrəvan “Bakı-Xankəndi” formatı kimi qondarma təklif irəli sürür və bununla separatçıları “tərəfə” çevirmək, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirmək niyyətindədir;

3. Sərhədin delimitasiyasının hansı xətlər üzrə aparılması, xüsusilə işğal altındakı 8 kəndlə bağlı fikir ayrılığı var: Ermənistan bu kəndləri qaytarmaq istəmir.

Vaşinqtonda danışıqların yekunlaşdığı vaxt Paşinyanın Praqada verdiyi açıqlamalar da fikir ayrılığının bu məqamlardan ibarət olduğu fikrini önə çıxarır.

Blinken danışıqları “ciddi irəliləyiş” adlandırıb, hərçənd, Ermənistanın mövqeyi faktiki olaraq prosesləri dalana dirəyir. Moskvada keçiriləcək növbəti raundda da nəticə əldə ediləcəyi ehtimalı azdır.

Teqlər: