İrəvanın büdcəsi böyüdü, hərbi xərcləri kəskin artırdı

İrəvanın büdcəsi böyüdü, hərbi xərcləri kəskin artırdı

Ermənistan Müdafiə Nazirliyinin 2022-ci il üçün büdcəsi (Ermənistanın ötən il dövlət büdcəsi çərçivəsində) 39% artıqlaması ilə yerinə yetirilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında təsdiq edilmiş dövlət büdcəsinin icrası haqqında hesabatda deyilir.

“Başlanğıcda idarənin büdcəsi təqribən 345 milyard dram və ya təxminən 793 milyon dollar təşkil edirdisə, faktiki olaraq bu, təxminən 480 milyard dram və ya 1 milyard 101 milyon dollar təşkil edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistanın büdcə gəlirləri 2 trilyon 63 milyard dram (təxminən 4,7 milyard dollar), xərcləri isə 2 trilyon 243 milyard (təxminən 5,1 milyard dollar) olub:

“2021-ci illə müqayisədə ümumi gəlirlər 22%, xərclər isə təxminən 12% artıb. Ümumi gəlir təxminən 262 milyard dram təşkil edib (təxminən 601 milyon dollar və ya 2021-ci illə müqayisədə 45,3% çoxdur). Büdcə xərcləri əsasən əsaslı xərclər hesabına artıb. 2021-ci ildə onların həcmi 216 milyard dram (496 milyon dollar) təşkil edirdi, 2022-ci ildə isə 60% artaraq 342 milyard və ya 785 milyon dollara qədər çatıb”.

Qeyd edək ki, Ermənistan iqtisadiyyatı da gözlənilən 7%-ə rəğmən 12,6% böyüyüb. Büdcə kəsiri isə 3% əvəzinə 2,1%-ə düşüb. Büdcə kəsiri 2021-ci ildə xarici borc hesabına, 2022-ci ildə isə tam şəkildə daxili resurslar hesabına ödənilib.

Ermənistan iqtisadiyyatında bu qədər “canlanma” Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində iştirakla bağlıdır. Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsində müstəsna rol oynayır və qanunsuz olaraq milyardlar qazanır.

Xatırladaq ki, bu il üçün Ermənistanın büdcəsi 6,4 milyard dollar, hərbiyə ayırdığı vəsait isə 1 milyard 280 milyon dollardır.

Teqlər: