İrəvanın Bakı ilə “iki kreslo” siyasəti – Keryan

İrəvanın Bakı ilə “iki kreslo” siyasəti – Keryan

Ermənistan-Azərbaycan münaqişəsinin həllində eyni vaxtda Rusiya və Qərb formatlarında iştirak etmək təhlükəlidir.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

“Bir ilə yaxındır ki, Ermənistan hakimiyyəti iki stulda oturmağa çalışır. Onlar bir tərəfdən Ermənistan-Rusiya-Azərbaycan formatını qoruyur, digər tərəfdən də Brüssel və Vaşinqtonda keçirilən görüşlərdə ört-basdır etmədən məmnuniyyətlə iştirak edirlər. Bu, Ermənistanın Qərblə Rusiya arasında manevr etdiyi əvvəlki hakimiyyətin komplementarizm siyasətinə çox bənzəyir”, – o bildirib.

Keryanın fikrincə, əgər keçmiş xarici işlər naziri Vardan Oskanyanın fəaliyyəti dövründə belə bir siyasət ATƏT-in Minsk qrupunun həmsədrliyinin fəaliyyəti kontekstində müəyyən mənada başa düşülən idisə, indi bu, Rusiya tərəfindən mənfi qarşılana bilər:

“Həmin illərdə Qərblə Rusiya arasında açıq münaqişə olmayıb. Fransanın Ermənistana yardım etmək istəyi böyükdür, lakin bu ölkənin Azərbaycan Prezidenti İlham Əliyevə təsir edə bilməyəcəyi üçün imkanları çox azdır. Buna görə də cəlbedici perspektivlərə arxalanmaq olmaz, vəziyyəti ayıq şəkildə qiymətləndirmək və yalnız bundan sonra hər hansı bir tədbir görmək lazımdır”.

Teqlər: