İrəvanın Bakı bəhanəsi: “missiyanı” uzadır

İrəvanın Bakı bəhanəsi: “missiyanı” uzadır

Ermənistan Azərbaycanın təhdidləri qarşısında bitərəf və obyektiv tərəf kimi missiyanı qoruyub saxlamağın tərəfdarıdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Əminəm ki, mülki missiya Avropa Birliyinin qərarı ilə müəyyən edilən və bu formatın çərçivəsindən kənara çıxa bilməyən fəaliyyətlə məşğul olur. Bildiyimə görə, bu gün AB bu mandatın uzadılması məsələsini ciddi şəkildə nəzərdən keçirir”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanla imzalanmış sülh müqaviləsi, irəliləyən və ya başa çatmış delimitasiya prosesi, sabitlik yoxdur, İrəvan Bakının mümkün addımlarından narahatdır. Nazirin fikrincə, neytral üçüncü tərəfə və onun obyektiv qiymətləndirilməsinə ehtiyac var.

Qeyd edək ki, AB-nin müşahidə missiyasının 2 aylıq yerləşdirilməsinə Bakı razılıq vermişdi. Daha sonra “missiya”nın tərkibi və müddəti Azərbaycanın razılığı olmadan uzadılmaqda davam edir.

Teqlər: