İrəvanın “Almatı” istinadı: Rusiya bu bəyanatı çoxdan pozub

İrəvanın “Almatı” istinadı: Rusiya bu bəyanatı çoxdan pozub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Almatı bəyannaməsinə istinad edilməsi barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib. Halbuki, Rusiya Almatı bəyannaməsinə sadiq qalsaydı, qonşu dövlətlərin ərazilərini işğal etməməli idi.

Ermənistan da torpaqlarımızı işğal etdiyi 27 ildə Almatı bəyannaməsini xatırlamırdı, Baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı”, – o bildirib.

Teqlər: