Biz Qarabağı tamamilə itirmişik, hakimiyyətə gələn hər kəs bu acı həqiqəti etiraf etməlidir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Şirak yeparxiyasının rəhbəri Mikael Adjapayan deyib.
“Reallıq budur ki, biz təslim olduq. Hakimiyyətə gələcək hər kəs bu ağrılı həqiqəti deməlidir. Əks halda gələnlər Qarabağı geri alacaqlarını deyərək saxtakarlıq edirlər. Subyektiv olaraq bu, hazırda mümkün deyil. Hətta demək olar ki, bu gün İrəvanı qoruyub saxlamaq problemimiz var. İndi hər kəs müharibə sözündən qorxur. Amma biz hələ də müharibədəyik, adam itirmirik, lakin torpaqlarımızı bir-bir itiririk”, – Adjapayan bildirib.