Bu hakimiyyətin Ermənistanda üçüncü qüvvənin ola bilməyəcəyi ilə bağlı bəyanatlarının heç bir mənası və heç bir təsiri yoxdur. Artıq özümüzü müstəqil dövlət kimi aparmırıq və problemlərimizi başqaları həll edir. Və bəyanatlar Ermənistanda heç nəyi dəyişməyəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru, erməni professor Artur Xaçikyan deyib.
“Qərb üçün Rusiyanın Ermənistandan çıxması onun Yerebuni və Gümrüdəki hərbi bazalarını bağlaması deməkdir. Və bu plan mərhələli şəkildə həyata keçirilir. Qərb Ermənistan naminə maraqlarını qurban verməyə hazır deyil, bunu bir çox bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiyaların tətbiqindən imtinası sübut edir. Sadəcə olaraq, Qərbin məhz bunun üçün işə götürdüyü insanlar tərəfindən bizə daima yalan və nağıllar danışılır. O insanlar ki, Ermənistandakı təşkilatlarına görə ildə 30 milyon dollar alır, qəddar antirusiya təbliğatı aparır, Pelosidən tutmuş Makrona, Haaqa Məhkəməsinə və sivil Avropaya dair davamlı hekayələr danışırlar”, – bildirib.