İrəvandan üçtərəfli görüşlə bağlı – Bəyanat

İrəvandan üçtərəfli görüşlə bağlı – Bəyanat

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşündə konstruktiv fikir mübadiləsi aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Moskvada bugünkü görüşün yekunlarına dair bəyanatında deyilir.

Bildirilib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Üçtərəfli görüşdən əlavə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrovla da ayrı-ayrılıqda görüşüblər.

Teqlər: