Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsində Ermənistana qarşı dəyişmiş zərər görə maddi təzminatın ödənilməsi iddiasını qaldırıb. 2023-cü ilin yanvar ayında ilk iddia təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyasına, fevral ayında isə Avropa Enerji Xartiyası Sazişinə əsaslanan iddiadır.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşrə danışan beynəlxalq arbitraj üzrə erməni ekspert Sərkis Qriqoryan bildirib ki, Ermənistan məğlub olsa, Azərbaycana böyük məbləğdə təzminat ödəməli olacaq. Təzminatın miqdarı bəlli deyil, çünki arbitraj prosesləri gizlidir, lakin söhbət ekoloji problemdən getdiyi üçün məbləğ böyük miqdarda olacaq. Noyabrın 12-də Azərbaycan təzminatın məbləğini özündə əks etdirən tam iddiasını təqdim etməlidir.