Roma Statutu yaxın həftələrdə ratifikasiyaya göndəriləcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan ədliyyə naziri Qriqor Minasyan deyib.
“Hökumət aparatı Statutun yaxın vaxtlarda göndəriləcəyini bildirib. Hesab edirəm ki, bu, həftə ərzində həll olunacaq məsələdir”, – o bildirib.
Qeyd edək ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əsasını təşkil edir. İrəvan bu sənədə 1999-cu ildə imza atıb, lakin hələ də ratifikasiya etməyib. Mart ayında BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Ermənistan sözügedən Statuta qoşulub onu ratifikasiya etsə, BCM qərarına əməl edib Rusiya liderini İrəvana gəldikdə həbs etməlidir.