İrəvandan qovulan Viktor: Rusiyanı ələ saldılar

İrəvandan qovulan Viktor: Rusiyanı ələ saldılar

Ermənistan hakimiyyətinin hərəkətlərini dövlət terroru adlandırmaq olar.

AzerTimes xəbər verir ki, bunu İrəvanda hava limanından ölkəyə buraxılmayan və geri qaytarılan Ermənistan-Rusiya Dostluq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov erməni mediasına müsahibəsində deyib.

“Vəziyyət izah edilmədi. Pasport nəzarətində pasportumu götürdülər, məni növbətçi otağına apardılar, 4 saat orada qaldım. Səhər saat 6 radələrində gəldiyim üçün səlahiyyətlilərin işə gəlməsini gözləyirdilər. Məni tanıdılar, dedilər ki, bu məsələləri həll etmək onların səlahiyyətində deyil. Sonda məni gəliş zalına apardılar, oradan heç yerə çıxa bilmədim, çünki pasportum əllərində idi və geri dönüş bileti hazırlamaqla məşğul idilər. Avqustun 30-da “Aeroflot” reysi ilə geri qayıtmalı idim. İşə Rusiya Federasiyasının səfiri, Ermənistanın ictimai-siyasi xadimləri qarışıb”, – Viktor Vladimiroviç bildirib.

O qeyd edib ki, hamımız bunun nəyə yönəldiyini çox yaxşı başa düşürük:

“Birincisi, buna dövlət terrorizmi demək olar. Əgər Zatulin və Marqarita Simonyana arzuolunmazlığı barədə xəbərdarlıq edilmişdisə, mənə heç kim xəbərdarlıq etməmişdi. Mən sevdiyim ölkəyə uçmuşam, 30 ildən artıqdır ki, bu ölkənin xalqını müdafiə edirəm və Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq İctimai Təşkilatının rəhbəriyəm. Krivopuskovun erməni xalqı üçün arzuolunmaz şəxs olduğunu mən ora gedən ərəfədə xəbər vermək üçün Ermənistanın siyasət və dövlət xadimlərinin vicdanı olmalı idi.

Birinci Zatulin idi, sonra Marqarita Simonyan, indi mən. Paşinyanın Əliyevə və Ərdoğana verdiyi sevinci təsəvvür etmək olar. Demək olar ki, mənim bütün həyatım Qarabağdan başlayaraq Ermənistan və erməni xalqı ilə bağlıdır. Bütün çətin dövrlərdə mən Ermənistanı müdafiə etmişəm və Paşinyanın Rusiyaya qarşı təxribatına baxmayaraq, bu mövqeyimi davam etdirəcəyəm. Mən özümü Rusiya siyasətinin tərkib hissəsi hesab edirəm. Beləliklə, baş verənlər görünməmiş bir hadisədir. Paşinyan (əlaqələri) dağıdır. Hətta belə biabırçı faktlarla. Rusiya rəhbərliyi isə Paşinyana göz yumur. Hamı onu bağışlayır, hətta çiyninə vurur, həvəsləndirir”.

Krivopuskov Qarabağla bağlı mövqeyinin nədən ibarət olduğunun hər kəsə məlum olduğunu bildirib:

“Üsyankar Qarabağ” kitabım məlumdur. Anqlosaksların heç nəyi bağışlamadığı aydındır. Paşinyan özü çətin ki, kitabımı oxumuş olsun, daha çox əminəm ki, baş verənləri amerikalılar yazıb. Və o, Əliyevlə Ərdoğanın zövqünü oxşayan şəkildə ifa etdi, onlar fürsətdən istifadə edərək həm məni, həm də Rusiyanı ələ saldılar”.

Teqlər: