İrəvandan növbəti riyakarlıq: “Şuşa universiteti”…

İrəvandan növbəti riyakarlıq: “Şuşa universiteti”…

Ermənistan növbəti dəfə Azərbaycana qarşı ərazi iddiasından heç də əl çəkmədiyini ortaya qoyub.

AzerTimes xəbər verir ki, Ermənistan “Şuşa texnologiya universiteti”nə lisenziya verib və onun fəaliyyətinin 1 sentyabrdan bərpa edilməsinə şərait yaradıb.

Bu “universitet” orta ali təhsil verəcək, yəni universitet deyil, kollecdir, buna baxmayaraq, “Şuşa texnologiya universiteti” kimi qeydə alınmasının özü siyasi addımdır.

Bir yandan Bakı ilə sülh sazişinin vacibliyindən danışan İrəvanın bu addımı qeyri-səmimi olduqlarının daha bir sübutudur. Hətta bu “məktəbin” müəllimi və jurnalist olduğunu bildirən Nairi Oxikyan bunu vaxtilə Qarabağda yaşayan mütəxəssislərin işlə təmin olunacaqları, bir yerdə olacaqları və “böyük qayıdış”a hazırlıq kimi qələmə verib.

Teqlər: