NATO-nun keçmiş baş katibi Foq Rasmussenin KTMT-nin üzvü olan Ermənistana səfəri müəyyən suallar yaradır.
Axar.a xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü, siyasi ekspert Saul Anuzis “Avronyus”a verdiyi məqaləsində bildirib.
“Rasmussen heç bir müsahibəsində, tvitində və ya media məqaləsində bunu qeyd etməyib, baxmayaraq ki, o bunu etməli idi, xüsusən də onun Rusiyanın hərbi müttəfiqi ilə “işgüzar” əlaqələri haqqında məlumat AB lobbiçilərinin reyestrində olanda”, – o qeyd edib.
Anuzis bildirib ki, Ermənistan hökumətindən maaş alan Rasmussen Azərbaycanın guya Laçın-Xankəndi yolunu “bağladığı” və bunun qondarma “humanitar fəlakət”ə səbəb olduğunu iddia edib:
“Üstəlik, səfərinin sonunda Rasmussen Azərbaycanın Ermənistanı guya “təhdidləri” ilə bağlı məqalə dərc edib və bəyan edib ki, AB “Cənubi Qafqazda növbəti müharibənin qarşısını almalıdır”. Son iki ildə hər şey dəyişdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bu məsələnin nəhayət, beynəlxalq hüququn xeyrinə həll olunması an məsələsidir. Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq, son nəticədə, Ermənistan vətəndaşları üçün daha yaxşı həyata aparan yeganə əlverişli yoldur”.
Müəllif vurğulayıb ki, reallıq ondan ibarətdir ki, Ermənistan istəsə də, istəməsə də, regionda tapa biləcəyi yeganə həqiqi müttəfiq Azərbaycandır.