Ermənistan KTMT-ni maliyyələşdirməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
O bildirib ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.