Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi Rusiyaya qarşı yönəlməyib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan deyib.
“Roma Statusunun ratifikasiyası bizim bəzi rusiyalı həmkarlarımızın təqdim etdiyi kimi Rusiya, yaxud Rusiya prezidentinə qarşı qeyri-dost hərəkət deyil”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.