Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün 390 yaşayış məntəqəsinin siyahısını təsdiqləyib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan yazıb.
O bildirib ki, Kərki kəndi istisna olmaqla, siyahıya bütün sərhədyanı yaşayış məntəqələri daxil edilib.
“Görünür, hökumət bu qərarla Tiqranaşenin (Kərki – red.) təhvil verilməsi prosesinə başlayır”, – M.Arakelyan iddia edib.
Qeyd edək ki, Ermənistan Naxçıvanın Kərki kəndini 1990-cı ildən işğalda saxlayır.