Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusuf bin Abdulla Əl-Banyanla görüşüb.
Qeyd edək ki, Mrzoyanın 2023-cü ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfəridir.