Ermənistan və Azərbaycan tərəfinin regional kommunikasiyaların blokdan çıxarılması məsələsində dəqiq mövqeyi var, lakin detalları dəqiqləşdirmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından deputat Vladimir Vardanyan deyib.
Tərəflərin razılaşa bilmədiyi məsələyə gəlincə, deputat bildirib ki, hamı ümumi fikirlərlə əsasən razıdır:
“Ancaq detalların müzakirəsi nəticəsində ayrıca həll tələb edən bir çox texniki suallar yarana bilər. Problemlər müxtəlif növ ola bilər. Məsələn, logistika, konkret marşrutun təmiri və s.”