Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiya səfiri tezliklə Ermənistana qayıdıb öz vəzifəsinə davam edəcək, diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasından söhbət gedə bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Qeyd edək ki, 24 mayda səfir Sergey Kopirkin məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.