İrəvandan Bakıya növbəti manipulyativ təklif: Hazırıq!

İrəvandan Bakıya növbəti manipulyativ təklif: Hazırıq!

Biz Azərbaycana Praqada əldə edilmiş razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyi təklif edirik və Ermənistan Respublikasının buna hazır olduğunu təsdiq edirik.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında bildirilib.

“Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasındakı çıxışını şərh edib. Bununla əlaqədar xatırlatmağı zəruri hesab edirik ki, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır və Almatı Bəyannaməsi demarkasiya prosesinin siyasi əsası olacaq. Biz Azərbaycanı bu saziş əsasında delimitasiya prosesini sürətləndirməyə dəvət edirik və Ermənistanın buna hazır olduğunu bir daha təsdiqləyirik”, – deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan XİN 1991-ci ilin sərhədləri və Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsinin lazım olduğunu bildirmişdi.

Teqlər: