Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq hələ tezdir.
AzerTimes xəbər verir ki, bunu Mülkü Müqavilə Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
“Hazırda bu suala cavabım yoxdur. Nəsə olarsa, təbii ki, bundan xəbəriniz olacaq. Hazırda düşünürəm ki, bu barədə danışmağın vaxtı deyil”, – o bildirib.