İrəvandakı səfirin Moskvaya göndərilməsi rəsmiləşdi

İrəvandakı səfirin Moskvaya göndərilməsi rəsmiləşdi

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Rusiyaya səfir təyin olunması təsdiqlənib.

AzerTimes xəbər verir ki, ABŞ Konqresinin Senatında səsvermə keçirilir, lakin Treysi artıq 70-dən çox səs toplayıb. Bu isə onun təyinatı üçün bəs edir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.

Teqlər: