İrəvandakı “Qarabağ mərkəzi” fəaliyyətinə xitam verdi

İrəvandakı “Qarabağ mərkəzi” fəaliyyətinə xitam verdi

İrəvanda (Abovyan küç. 9) Qarabağ məsələləri üzrə operativ qərargah fəaliyyətini dayandırıb. Müavinət almaq üçün qərargaha gələn qarabağlılara onun ləğv olunduğu bildirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 20-də Operativ Qərargahın fəaliyyətinin dayandıracağı barədə açıqlama yayılmışdı. Konkret tarix açıqlanmasa da, bildirilirdi ki, Qarabağdan köçənlərə yardımın verilməsi Ermənistan Humanitar Mərkəzi tərəfindən əlaqələndiriləcək.

Teqlər: