İrəvandakı partlayışda İran vətəndaşı da itkin düşüb

İrəvandakı partlayışda İran vətəndaşı da itkin düşüb

İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşıdır.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, itkin düşən şəxsin adı Mehri Təhriridir.

Qeyd edək ki, dünən İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 61 nəfər isə yaralanıb. 15 nəfər isə itkin düşüb.

Teqlər: