İrəvandakı missiyaya 3-cü ölkə cəlb edilir – Müzakirə

İrəvandakı missiyaya 3-cü ölkə cəlb edilir – Müzakirə

Brüsseldə səfərdə olan erməni deputatlar AB-dən olan diplomatlarla görüşüblər.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin yaydığı bəyanatda qeyd olunub.

Məlumata görə, tərəflər siyasət və təhlükəsizlik üzrə ikitərəfli dialoqun növbəti raundunda qurumun Azərbaycan-Ermənistan sərhədində mülki missiyasının mümkün genişləndirilməsi, o cümlədən üçüncü ölkələrin cəlb olunmasını müzakirə ediblər.

“Tərəflər missiyanın mümkün genişləndirilməsini, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardımın göstərilməsini müzakirə ediblər”, – bəyanatda deyilib.

Qeyd olunub ki, Ermənistan AB-nin üçüncü ölkələri missiyaya daxil etmək istəyini alqışlayıb.

Teqlər: