Ermənistan İstintaq Komitəsi İrəvanda baş verən toqquşmalardan sonra saxlanılanların olması barədə məlumat yayıb.
AzerTimes-ın məlumatına görə, komitənin məlumatında deyilir ki, Respublika meydanında kütləvi aksiyalar zamanı konstitusion düzəni pozmaq, bununla bağlı zorakılığa haqq qazandırmaq kimi çağırışlar edilib.
Bildirilib ki, qeyd edilən hallarla bağlı İstintaq Komitəsi müvafiq maddələr üzrə cinayət işi açıb, kriminal fəaliyyətə görə saxlanılanlar var.